Moskva və Kiyev sülhə yaxınlaşa bilər..?

Almaniyanın “Der Westen” nəşri Zelenskinin Kremlə "heyrətləndirici siqnalları" haqqında yazır...

...Rusiya və Ukraynanın bir-birinə yaxınlaşması ilə bağlı əlamətlər artıq sezilməkdədir?..

SİA-nın əldə etdiyi məlumata görə, Almaniyanın “Der Westen” nəşri yazır ki, son üç xəbər Vladimir Putin və Vladimir Zelenskinin yaxın aylarda yarı yolda görüşəcəklərinə ümid etməyə əsas verir.

Qeyd edilir ki, iyun ayında İsveçrədə Çin və Rusiyasız baş tutan sülh konfransından sonra bir şey aydın oldu, Belə ki, bu Almaniya və Avropa İttifaqının atəşkəs, eləcə də sülh sazişində heç bir rollarının olmadığını göstərdi.

Amma supergüclər olan ABŞ və Çinin təsiri, əksinə, böyükdür.

Etiraf edilməlidir ki, ukraynalılar artıq müharibədən yorulub, səfərbərlik və yeni əsgərlərin cəlb olunması ilə bağlı ciddi problemlər var.

46 yaşlı Zelenski indi rəqibi Vladimir Putinlə birbaşa danışıqlara hazır görünür.

Son müsahibəsində Zelenski yeni sülh sammitində Rusiya nümayəndələri ilə danışıqlara prinsipcə açıq olduğunu bildirib.

...Putin olub-olmamasının fərqi yoxdur. Xatırladaq ki, Zelenski daha əvvəl öz fərmanı ilə Putinlə danışıqları istisna etmişdi. Bu bəyanatlara cavab olaraq Kremldən təəccüblü açıq reaksiya gəldi.

...Bu, şübhəsiz ki, Rusiya tərəfi və Rusiya lideri ilə hər hansı təmasların istisna edilməsi barədə bəyanatlardan daha yaxşıdır.

Bunu mətbuat katibi Dmitri Peskov deyib.

...Son Ukraynaya qədər döyüşmək niyyətindənsə, dialoq haqqında danışmaq daha yaxşıdır.

...Ukraynada atəşkəs üçün ikinci ümid işığı: Çindən Ukraynanın xarici işlər naziri Dmitri Kulebaya dəvət. Rəsmi olaraq Çin Ukrayna münaqişəsində neytral mövqe tutur, lakin Rusiyanın müttəfiqi hesab olunur.

...Və üçüncü ümid işığı: Tramp Putini danışıqlar masasına oturdacaqmı? 2024-cü ildə ABŞ-da keçiriləcək seçkilərdə kimin qalib gələcəyi hələ də tam aydın deyil. Amma çoxları bunu eşitmək istəməsə belə, prezident Donald Tramp böyük ölçüdə Rusiyanın maraqlarına uyğun olsa da, sülh prosesini əhəmiyyətli dərəcədə irəli apara bilər. Respublikaçıların Milli Qurultayından sonra Zelenski və Tramp telefonla danışıblar. “Der Westen” yazır ki, Tramp Ağ Evə qayıdanda “bu müharibəni bitirəcəyini” söyləməyə hələ də davam edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə