Mübadilə yaxın saatlarda baş tuta bilər...

Media: Rusiya casusları Rusiya Federasiyası, ABŞ, Almaniya və Belarus arasında məhbus mübadiləsinin bir hissəsi olacaq
Mübadilə yaxın saatlarda baş tuta bilər...

...2022-ci ilin sonunda Sloveniyada saxlanılan iki rusiyalı qeyri-qanuni mühacir Rusiyaya casusluq etməkdə təqsirli olduqlarını etiraf ediblər. İyulun 31-də Lyublyana Rayon Məhkəməsi təqsirli olduqlarını etiraf edərək, Lüdviq Qiş və Maria Rosa Mayer Munoz kimi tanınan müttəhimləri 1 il 7 ay müddətinə azadlıqdan məhrum edib.

Üstəlik, məhkumlar artıq istintaq təcridxanasında cəzalarını çəkiblər.

SİA-nın əldə etdiyi məlumata görə, məhkəmə onların ölkədən çıxarılmasına da qərar verib.

Məhkəmənin bəyanatında deyilir ki, “cinayət törətmək üçün istifadə edilmiş və nəzərdə tutulmuş əşyalar”, habelə pul vəsaitləri müsadirə edilib.

N1 telekanalının məlumatına görə, Rusiya casusları yaxın saatlarda Rusiya, ABŞ, Almaniya, Belarus və bir sıra başqa ölkələr arasında baş tutması gözlənilən genişmiqyaslı məhbus mübadiləsinin bir hissəsi olacaq.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə