Latviya-Belarus sərhədində hasar tamamlanıb

Latviya-Belarus sərhədində hasar tamamlanıb

Latviya-Belarus sərhədində, 145 kilometr uzunluğunda sərhəd hasarının tikintisi başa çatıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “Delfi” yazır.

Hasarın və infrastrukturun tikintisi həvalə edilmiş Valsts nekustamie īpašumi şirkətinin idarə heyətinin sədri Renars Qrişkeviç LETA-ya hasarın tikintisinin başa çatması barədə məlumat verib.

Qrişkeviç bildirib ki, 2023-cü ildə Belarusla sərhədin quru hissələrində (112 kilometr) hasarın tikintisi başa çatıb, iyulun sonunadək ictimai sular boyunca hasar çəkilib. Ümumilikdə, sərhəd hasarının uzunluğu təxminən 145 kilometrdir.

2024-cü ilin sonuna kimi 173 kilometrlik sərhədin tam uzunluğunda zəruri infrastrukturun - patrul cığırlarının, körpülərin və digər obyektlərin tikintisi davam etdiriləcək. Bundan əlavə, 2023-cü ildə 30 metrlik tunel istifadəyə verilib ki, bu da dəmir yolu xəttinin sərhəddən keçdiyi ərazidə dövlət sərhədinin mühafizəsini xeyli asanlaşdırır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə