...Rusiya sərhədçiləri Ermənistanın İrəvandakı “Zvartnots” hava limanında xidmətini rəsmən başa vurublar.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS yayıb.
Xidmətin başa çatması münasibətilə hava limanında rəsmi mərasim təşkil olunub. Tədbirdə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd İdarəsinin rəisi Roman Qolubitski, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının komandanı Edqar Hunanyan, eləcə də bir neçə erməni parlamentarisi, veteranları, sərhəd xidməti və Rusiya səfirliyinin nümayəndələri iştirak ediblər.
...Əminliklə deyə bilərik ki, siz bütün bu illər ərzində Rusiya Federasiyasını, Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətini ləyaqətlə təmsil etmisiniz. Qüsursuz işinizə görə sizə təşəkkür edirəm, Rusiya sizinlə haqlı olaraq fəxr edir.
Rusiya səfirliyinin nazir-müşaviri Maksim Seleznev mərasimdə bildirib.
Bu sözlərə Roman Qolubitski və Edqar Hunanyan qoşulub. Onlar ümid ediblər ki, Ermənistanın gələcək təhlükəsizliyi Rusiyadan gələn işçilərlə eyni yüksək səviyyədə təmin olunacaq.
Bundan əlavə, Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin bəzi sərhədçiləri və hava limanının əməkdaşları Ermənistan və Rusiyadan idarə medalları, hədiyyələr və fəxri fərmanlar alıblar.
Qeyd edək ki, martın 6-da Ermənistan Rusiyaya “Zvartnots” hava limanında rus sərhədçilərinin işini dayandırmaq üçün rəsmi məktub göndərib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB