Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Kristian Lindmayer İsrailin intensiv hücumlarına məruz qalan Qəzza zolağında 10 min adamın tibbi təxliyəyə ehtiyacı olduğunu bildirib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Lindmayer BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında onlayn olaraq iştirak edib.
Anadolu Agentliyinin müxbiri deyib: "Bir qrup xəstə və yaralı fələstinlinin müalicəsinin ÜST-nin koordinasiyası ilə Qəzza zolağı xaricində həyata keçiriləcəyi xəbərini eşitdik. Bu çərçivədə bəzi xəstələr və baxıcıları Deyr Bəlah şəhərini tərk edib. Daha nə qədər adamın təxliyəsi gözlənilir? Bu təşəbbüs və evakuasiyalar haqqında məlumat verə bilərsinizmi?"
Lindmayer suala cavab belə cavab verib: “Bu, yaxşı xəbərdir. Əvvəlcə 4 uşaq və baxıcıları Misir vasitəsilə Belçikaya göndərildi. Qəzzadan hal-hazırda daha çox uşaq çıxarılır. Lakin hərbi əməliyyat davam etdiyi üçün hələlik dəqiq rəqəmləri deyə bilmirik. Əməliyyat bitdikdən sonra lazımi məlumatları paylaşacağıq. Onu bilirik ki, Qəzza zolağında daha 10 min adamın tibbi təxliyəyə ehtiyacı var. Ölkələrin Qəzzada müalicəyə ehtiyacı olan insanları qəbul etməsi çox vacibdir. Təcili atəşkəs olmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB