''ABŞ İsrailə hücum ediləcəyi təqdirdə onu müdafiə edəcək''

''ABŞ İsrailə hücum ediləcəyi təqdirdə onu müdafiə edəcək''

Amerika Birləşmiş Ştatlarının (ABŞ) müdafiə naziri Lloyd Austin bildirib ki, rəsmi Vaşinqton İsrailə hücum ediləcəyi təqdirdə onu müdafiə edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, Filippinə etdiyi səfər zamanı keçirilən mətbuat konfransında çıxış edən Lloyd Ostin ABŞ-ın İsrailə dəstəyi ilə bağlı mesajlar verib.

Lloyd Ostin deyib: "Müharibənin qaçılmaz olduğunu düşünmürəm. Amma İsrailə hücum ediləcəyi təqdirdə onu müdafiə edəcəyik''.

Lloyd Ostin vəziyyətin bu nöqtəyə gəlməsini istəmədiklərini ifadə edərək deyib:"Biz bunların heç birinin baş verməsini istəmirik. Bu məsələ üzərində çox işləyirik, mövcud gərginliyi azaltmağa və problemləri diplomatik yolla həll etməyə kömək edəcək işlər görürük".

ABŞ müdafiə naziri Lloyd Ostin həmçinin bildirib ki, HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranda öldürülməsi ilə bağlı mediada yayılan xəbərlərdən başqa heç bir məlumatı yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə