Yaşar Gülər Oleksi Neyjpapanı qəbul edib

Yaşar Gülər Oleksi Neyjpapanı qəbul edib

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Oleksi Neyjpapa ilə görüşüb.

SİA xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, nazir Yaşar Gülər ​​Hərbi Dəniz Qüvvələri komandanı admiral Ərcüment Tatlıoğlunun dəvəti ilə Ankaraya səfər edən vitse-admiral Oleksi Neyjpapanı qəbul edib.

Görüşdə admiral Ərcüment Tatlıoğlu da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə