Malatyada 3,9 bal gücündə zəlzələ baş verib

Malatyada 3,9 bal gücündə zəlzələ baş verib

Malatyanın Yeşilyurt rayonunda saat 07:10 radələrində zəlzələ baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, zəlzələdən sonra AFAD və Kandilli Rəsədxanası ardıcıl açıqlamalar verib.

Saat 07.10-da baş verən zəlzələdən sonra Kandilli Rəsədxanası məlumat paylaşıb.

AFAD zəlzələnin maqnitudasını 3,9, dərinliyini isə 8,23 olaraq açıqlayıb.

Kandilli Rəsədxanası zəlzələnin gücünü 4 bal olaraq paylaşıb.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə