Pakistanda musson yağışlarının səbəb olduğu seldə 11 nəfər həyatını itirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ölkədə 9 nəfər ildırım vurması, 4 nəfər isə elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Bir çox şəhərlərdə leysan yağışları daşqınlara səbəb olub, Hayber Paxtunxva əyalətinin Kohat şəhərində su basmış evdə eyni ailədən olan 11 nəfər həlak olub.
Sind əyalətinin Naqarparkar və Çaçhro şəhərlərində ildırım vurması nəticəsində 9 nəfər, Pəncab əyalətinin Ravalpindi şəhərində 3 nəfər, Azad Kəşmirdə isə 1 nəfər elektrik cərəyanı vurması nəticəsində həlak olub.
Çaçxroda da 50-dən çox heyvan tələf olub. Sind, Pəncab, Bəlucistan və Xeyber-Paxtunxvada yağan yağışlar nəticəsində yaranan daşqınlar evlərə, mağazalara və infrastruktura ziyan vurub.
Milli Fəlakətlərin İdarə Olunması Agentliyi (NDMA) Kəraçi şəhərində daşqınlar ehtimalı barədə xəbərdarlıq edərək, müxtəlif bölgələrdə 200 millimetrdən çox yağıntının ola biləcəyini proqnozlaşdırıb.
NDMA həmçinin əyalət fəlakət idarə orqanlarını və digər əlaqədar qurumları yarana biləcək vəziyyətlərə hazır olmağa çağırıb.
Pakistan Meteorologiya İdarəsi Kəşmir, Malakand, Hazara və Qucranwala bölgələrində güclü yağış yağacağını proqnozlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB