Baydenin baş müşaviri Ağ Evi tərk edir

Baydenin baş müşaviri Ağ Evi tərk edir

ABŞ Prezidentinin baş müşaviri Anita Dann Ağ Ev administrasiyasındakı vəzifəsini tərk edir. SİA xəbər verir ki, müvafiq bəyanat Amerika Prezidenti Co Baydenin adından dərc edilib.

“Mən Dannın məsləhətini və dostluğunu çox yüksək qiymətləndirirəm. Bu işi başa çatdırdıqca mən onun tərəfdaşlığına və fikirlərinə arxalanmağa davam edəcəyəm”, - deyə Bayden bildirib.

Pezident müraciətində həmçinin Anita Danna kampaniyasındakı mühüm rola və 2020-ci il prezident seçkilərində qalib gəlməkdə verdiyi töhfəyə görə təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə