Böyük Britaniyada ilin ən isti günü qeydə alınıb

Böyük Britaniyada ilin ən isti günü qeydə alınıb

...Dünən Böyük Britaniyada ilin ən isti günü müşahidə edilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, gün ərzində Londonun cənub-qərbindəki Hitrou və Kyu Qardens bölgələrində temperatur 32 dərəcə Selsiyə çatıb.

Ancaq Hidrometeorologiya Departamentindən bildirilib ki, istilər qısamüddətli ola bilər. Həftə sonu üçün ölkənin müxtəlif ərazilərində şiddətli küləklər gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə