Sirski general Braunla Ukrayna ordusunun prioritetlərini müzakirə edib
...Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirski ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Çarlz Braun ilə telefon danışığında cəbhədəki mövcud vəziyyəti müzakirə edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.
Sırski hava hücumundan müdafiəni gücləndirdiyinə, sursat və digər silahlarla yardıma görə Pentaqona təşəkkür edib. Ali Baş Komandan qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri üçün əsas prioritetlər havada düşmən üzərində üstünlüyə nail olmaq və işğalçıların hədəflərini uzaq məsafələrdə məhv etmək imkanı əldə etməkdir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB