...Karakasın minlərlə sakini həftəsonu ölkədə keçirilən seçkilərdə Nikolas Maduronun qələbəsinə etiraz olaraq aksiya keçiriblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə CNN məlumat yayıb.
Telekanalın qeyd edir ki, qəzəbli etirazçılar seçkinin nəticələrinin ləğv edilməsi tələbi özləri ilə götürdükləri boş qazana çırpıblar.
…Minlərlə şəhər sakini “Boş qazanların yürüşü” adlandırılan etiraz aksiyalarının bir hissəsi olaraq qazanları döyür. Bu, Cənubi Amerikada ənənəvi etiraz formasıdır: insanlar özbaşına bacardıqları qədər səs-küy salırlar, əsasən mətbəx qazanları döyəcləyirlər.
...Venesuela müxalifəti Nikolas Maduronun elan edilən prezident seçkilərinin rəsmi nəticələrinə etirazını davam etdirəcək. Bu barədə Vente Venesuela müxalifət hərəkatının lideri Maria Korina Maçado çərşənbə axşamı, iyulun 30-da bildirib.
Maçado izah edib ki, hazırkı hökumətin əleyhdarları seçki məntəqələrindən protokolların 73,2 faizinə çıxış əldə ediblər. Onun sözlərinə görə, məlum olub ki, müxalifətin namizədi Edmundo Qonzales Urrutia Venesuelanın bütün ştatlarında ümumilikdə 6,2 milyon, Maduro isə cəmi 2,7 milyon səs toplayaraq, müxalifətin inamlı qələbəsindən danışır.
Ötən gün yüz minlərlə insan Venesuela şəhərlərinin küçələrinə çıxıb.
“El Nacional” qəzeti yazır ki, onlardan 3-ü polislə toqquşmada həlak olub. Təhlükəsizlik qüvvələri Argentina səfirinin 6 müxalifətçinin sığındığı iqamətgahına soxulmağa cəhd edib.
Maçado iyulun 30-da BMT-nin Karakasdakı binasında yeni etiraz aksiyası elan edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB