İsrail ordusu Livanın paytaxtına hava zərbəsi endirib

İsrail ordusu Livanın paytaxtına hava zərbəsi endirib

İsrail ordusu Livanın paytaxtı Beyruta hava zərbəsi endirib. Zərbənin hədəfi “Hizbullah” komandiri olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “The Times of Israel” yayıb.

İyulun 30-u axşam saatlarında Livan mediası Beyrutun Dahiyə ətrafında, “Hizbullah”ın mərkəzinin yerləşdiyi ərazidə partlayış barədə yazmağa başlayıb.

İsrail ordusu Beyruta hava hücumu təşkil etdiyini təsdiqləyib. Hərbçilər bildiriblər ki, zərbə Məcdəl Şəms və onun hüdudlarından kənara ölümcül raket zərbəsi endirmiş “Hizbullah” komandirini hədəf alıb.

İsrailin mülki vətəndaşları üçün təlimatlarda hələlik heç bir dəyişiklik yoxdur.

Bu arada İsrailin müdafiə naziri Yoav Gallant Livan terror qruplaşmasının "qırmızı xətti keçdiyini" bəyan edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə