Barbara Buç onlayn zorakılığa görə şikayət edəcək

Barbara Buç onlayn zorakılığa görə şikayət edəcək

Parisdə Olimpiya Oyunlarının açılış mərasimində iştirak edən fransalı ifaçı Barbara Buç onlayn zorakılığa görə şikayət edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bununla bağlı onun vəkili Audrey Msellati İnstaqram səhifəsində bildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə, sənətçi onu qorxudan hər kəsi cinayət məsuliyyətinə cəlb etmək niyyətindədir.

Parisdə 2024-cü il Olimpiya Oyunlarının açılış mərasimindən sonra sənətçi, DJ və aktivist Barbara Buç görünməmiş kiber zorakılıq və qaralama kampaniyasının hədəfinə çevrilib.

O, həm ölkə vətəndaşları, həm də əcnəbilər tərəfindən törədilən bu hərəkətlərdən şikayət edir və gələcəkdə onu qorxutmağa çalışan hər kəsi cinayət məsuliyyətinə cəlb etmək niyyətindədir.

Vəkilin ddiyinə görə, Buç qətl, cinsi zorakılıq və işgəncə ilə hədələnib. Bundan başqa, sənətçi sosial şəbəkələrdə təhqirlərə tuş gəlib.

Qeyd edək ki, Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasimi dindar və tarixi şəxsiyyətlərin təsvirlərinin drag-queens üslubunda (qadın obrazından istifadə edən sənətçilərə aid jarqon termini-A.B.) istifadə olunması beynəlxalq hiddətə səbəb olub. Xüsusilə, amerikalı milyarder İlon Mask Oyunların açılışını Leonardo da Vinçinin “Son şam yeməyi” əsərinin parodiyasına görə xristianlara açıq-aşkar hörmətsizliyin təzahürü adlandırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə