“Şəriət patrulu”nun yaradıcısı Rusiyadan qaçıb...

“Şəriət patrulu”nun yaradıcısı Rusiyadan qaçıb...

...Mıtişçidə yeniyetmələr arasında miqrant “Şəriət patrulu”nun yaradıcısı Rusiyanı tərk edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Tsarqrad telekanalı yazıb.
Dəqiqləşdirilir ki, qrup lideri sosial şəbəkələrdə siqaret qutusu ilə foto yayımlayıb - və qutunun üzərindəki yazılara, habelə Moskva ilə qeyd olunan iki saatlıq fərqə əsaslanaraq telekanalın jurnalistləri belə qənaətə gəliblər ki, lider qrupdan Tacikistana yola düşüb.

Qrupun qurucusu sosial şəbəkələrdəki paylaşımında bəzi düşmənləri “yenə onu emosiyaya salmaq və sözlərini təfərrüatlarla ifadə etmək istəməkdə” ittiham edir.

Bundan əvvəl Moskva yaxınlığındakı Mıtişidə bir qrup miqrant “Şəriət patrulu” təşkil edib.

Jurnalistlərin sözlərinə görə, bu işə Tacikistandan olan mühacirlər cəlb olunub - onlar xarici görünüşlərinə görə yoldan keçənlərə hücum edirlər.

Məsələn, miqrantlar küçədə qısa ətəkli qızları saxlayıb, onlardan “layiqli geyinmələrini” tələb edirmişlər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə