Meşə yanğınları tüstüsü və insan beyni

Vaşinqton və Pensilvaniya universitetlərindən olan alimlər 2009-2019-cu illər arasında Cənubi Kaliforniyada yaşayan 1,2 milyon yaşlı adamın sağlamlıq qeydlərini araşdırıblar
Meşə yanğınları tüstüsü və insan beyni

Havanın çirklənməsinə səbəb olan amillər arasında meşə yanğınlarının törətdiyi tüstüdən insan beyninin mənfi təsirləndiyi üzə çıxıb.

Birləşmiş Ştatlarda aparılan və nəticələri Alzheimer Dərnəyinin Beynəlxalq Konfransında təqdim edilən araşdırma yanğın tüstüsünün təsirinin intensivliyindəki hər mikroqram artımın demens diaqnozu ehtimalını təxminən 21 faiz artırdığını göstərib.

SİA-nın əldə etdiyi məlumata görə, Vaşinqton və Pensilvaniya universitetlərindən olan alimlər 2009-2019-cu illər arasında Cənubi Kaliforniyada yaşayan 1,2 milyon yaşlı adamın sağlamlıq qeydlərini araşdırıblar. Tədqiqatçılar havanın çirklənməsinə səbəb olan PM 2.5-ə (diametri 2,5 mikrometrdən az olan incə hissəciklər) 3 il ərzində insanların nə qədər məruz qaldığını hesablamaq üçün hava keyfiyyəti məlumatlarından istifadə ediblər.

Meşə yanğını tüstüsünə məruz qalma intensivliyindəki hər mikroqram artım üçün demans diaqnozu qoyulma ehtimalının təxminən 21 faiz artdığını qeyd edən alimlər havanın çirklənməsinə səbəb olan digər amillərə məruzqalmada hər 3 mikroqram artımın bu xəstəliyə yaxalanma dərəcəsinin 3 faiz olduğunu bildiriblər.

Tədqiqatçılar sözügedən məlumatların meşə yanğınlarının səbəb olduğu havanın çirklənməsinin beyin funksiyalarına mənfi təsirinin daha yüksək olduğunu ortaya qoyublar.

Alzheimer Dərnəyinin baş elmi işçisi Maria Karillo (Carrillo) deyib: “Xüsusilə yay aylarında meşə yanğınlarının artması ilə birlikdə Alzheimer riski də çoxalıb. Demans qeyri-sağlam havadan qaçmaqda çətinlik çəkən aztəminatlı əhali üçün daha yüksəkdir."

Bütün xəbərlər Facebook səhifəmizdə