...ABŞ Ukraynaya onlarla F-16 qırıcısı üçün müxtəlif raketlər göndərəcək.
SİA xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.
Vaşinqton Kiyevə AIM-120C-8 AMRAAM və AIM-9X hava-hava raketləri, həmçinin AGM-88 HARM hava-yer tipli antiradar raketləri verəcək.
F-16 üçün digər “müasir silahların” da təhvil veriləcəyi bildirilir. Çatdırılmaların nə vaxt başlayacağı hələlik məlum deyil.
2024-cü il may ayının sonunda ukraynalı pilotların ilk qrupu ABŞ-da F-16 qırıcıları üzərində təlim keçib. Onlar 2023-cü ilin oktyabrından Arizona ştatının Tucson şəhərindəki 162-ci Milli Hava Qvardiyası Bazasında təlim keçirlər.
Təlimləri başa vurduqdan sonra pilotlar əlavə təlim keçmək üçün Avropaya yollanıblar. Ukrayna hakimiyyəti Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri F-16 qırıcıları istəyir. Bir sıra ölkələr ABŞ-ın razılığı ilə ötən il belə təyyarələrin Kiyevə verilməsinə qərar verib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB