Hindistanın cənubundakı Kerala ştatında leysan yağışlar nəticəsində baş verən torpaq sürüşmələri nəticəsində azı 106 nəfər ölüb. Onlarla insan itkin düşənlər siyahısındadır.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Reuters xəbər verir.
Zərər çəkmiş kəndlər Vayanad rayonunun dağlıq ərazilərində yerləşir. Qurbanların əksəriyyəti kiçik evlərdə və ya müvəqqəti sığınacaqlarda yaşayan çay plantasiyasının işçiləri və onların ailələri idi.
Səlahiyyətlilərin məlumatına görə, zərər çəkmiş bölgədə 350-yə yaxın ailə yaşayırdı, onların əksəriyyəti çay və kardamon yetişdirməklə məşğul idi. İndiyədək 250 nəfəri xilas etmək mümkün olub. Təsirə məruz qalan ərazilərdən 3 mindən çox insan təxliyə edilib və rayondakı 45 yardım düşərgəsində yerləşdirilib.
Ərazi populyar turizm məkanı olsa da, yağışlar bazar ertəsindən etibarən bütün turist ekskursiyalarını dayandırmağa məcbur etdiyi üçün ən çox yerli sakinlər zərər çəkib.
Axtarış-xilasetmə əməliyyatları davam edir, lakin leysan yağışlar və körpünün uçması ilə çətinləşir. Rəsmilər axtarış-xilasetmə əməliyyatlarında 200-dən çox hərbçi, eləcə də helikopterlərin iştirak etdiyini bildiriblər.
Torpaq sürüşmələri Keralada 2018-ci ildən bəri 400-dən çox insanın daşqınlar nəticəsində öldüyü ən böyük fəlakət olub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB