Türk hava yolu şirkəti Türk Hava Yolları sərnişin axınının artması ilə əlaqədar Sankt-Peterburqdan İstanbula əlavə reyslər planlaşdırır. SİA bu barədə rus saytlarına istinad edir
“Şimali Paytaxtın Hava Qapıları” Pulkovo idarəetmə şirkətinin mətbuat xidmətinin verdiyi məlumata görə, sərnişinlər yüksək tutumlu geniş gövdəli təyyarələrlə daşınacaq. Avqustun 1-dən əlavə reyslərin açılması planlaşdırılır. Uçuşlar yay cədvəlinin qalan hissəsində həftədə dörd deyil, altı dəfə yerinə yetiriləcək.
250-yə yaxın sərnişinin olduğu təyyarələrin bazar ertəsindən şənbəyə kimi Moskva vaxtı ilə saat 01:35-də Sankt-Peterburq hava limanından yola düşəcəyi dəqiqləşir. Hesabatda həmçinin qeyd olunur ki, İstanbul Pulkovonun ən məşhur xarici istiqamətlərindən biri olaraq qalır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB