Yekaterinburqda emalatxana yanır...

Yekaterinburqda emalatxana yanır...

Yekaterinburqda Roskosmos müəssisəsində baş verən yanğının sahəsi 800 kvadratmetrə çatıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, akademik Semixatov adına Avtomatika Elmi-İstehsalat Birliyinin ərazisində emalatxana yanır.

Müəssisənin mətbuat xidmətindən verilən məlumata görə, yanan sexin işçiləri dərhal təxliyə edilib.

“NPO Avtomatiki” şirkətinin baş direktoru Mixail İzyumovun sözlərinə görə, maşın sexi yanır və yanğın damdan başlayıb. Baş direktor əlavə edib ki, sexin divarları və dam örtüyü uçub.

Yanğın artıq qonşu binaya da keçib.

“E1” portalı İzyumova istinadən bildirir ki, şəhər sakinlərinin zəhərlənməsi təhlükəsi yoxdur, vəziyyət nəzarət altındadır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə