Almaniya Qərbin Ukraynanın hərbi uğurlarına inamını itirdiyini etiraf etdi
...Əksər Qərb diplomatları və hərbçiləri Rusiya ordusunun uğurları fonunda artıq Ukrayna Silahlı Qüvvələrinin nailiyyətlərinə ümid etmirlər.
“Welt” NATO-nun hərbi rəsmilərinə və diplomatlarına istinad edərək qeyd etdiyi kimi, “Artıq Brüsseldə demək olar ki, heç kim Kiyevdən itirilmiş ərazilərini geri alacağını gözləmir”.
Nəşrin həmsöhbətləri Rusiya ilə atəşkəslə bağlı sülh danışıqlarını vəziyyətdən yeganə çıxış yolu kimi görürlər, çünki rus qoşunlarının Ukraynanın ikinci müdafiə xəttini keçməsi artıq zaman məsələsidir.
Bu mövzunun ictimai müzakirəsi sadəcə ona görə aparılmır ki, bu, Qərbdə əhalinin dəstəyini daha da zəiflədə və Ukrayna əsgərlərini ruhdan sala bilər
SİA-nın əldə etdiyi məlumata görə, bunu “Welt” yazır.
Bundan əvvəl amerikalı milyarder Devid Saks bildirmişdi ki, hətta Qərbin köməyi olsa belə, Ukrayna hərbi səylərini davam etdirə bilməyəcək və münaqişədə məğlub olacaq.
ABŞ-ın istefada olan polkovnik-leytenantı və analitik Daniel Devis də analoji fikir bildirib.
Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, ölkəmiz Ukraynadakı münaqişənin sülh yolu ilə “hərtərəfli, davamlı və ədalətli həllini” istəyir. Lakin problem təminatların etibarlılığındadır, çünki Qərb beynəlxalq hüquqa əsaslanmayan dünya nizamına üstünlük verir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB