Türkiyə-Ermənistan normallaşma prosesində beşinci görüş

Türkiyə Xarici İşlər Nazirliyi Türkiyə-Ermənistan Normallaşma Prosesi Xüsusi Nümayəndələrinin Beşinci Toplantısı ilə bağlı açıqlama verib ...
Türkiyə-Ermənistan normallaşma prosesində beşinci görüş

Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesində beşinci görüş keçirilib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyi Türkiyə-Ermənistan Normallaşma Prosesi Xüsusi Nümayəndələrinin Beşinci Toplantısı ilə bağlı açıqlama verib: “Türkiyə və Ermənistanın Normallaşma Prosesinin xüsusi nümayəndələri - səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan iyulun 30-da iki ölkənin ortaq sərhədində yerləşən Əlican-Mərqara sərhəd qapısında beşinci görüşlərini keçirdilər.

Əvvəlki görüşlərində razılaşdıqları məsələləri təsdiqləyən xüsusi nümayəndələr, həmçinin Akyaka/Axurik dəmir yolu sərhəd qapısının regional inkişaflara uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb olunacaq texniki ehtiyacları qiymətləndirmək və qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq üçün razılaşdılar. Onlar son məqsədi tam normallaşma olan bu prosesin heç bir ilkin şərt olmadan davam etdirilməsi ilə bağlı razılığı təsdiqləyiblər”.

Bütün xəbərlər Facebook səhifəmizdə