Belqorod vilayətində “kadırovçular”la sakinlər arasında atışma baş verib..?

Belqorod vilayətində “kadırovçular”la sakinlər arasında atışma baş verib..?

...Rusiyada, bu dəfə Belqorod vilayətində yerli ruslarla “kadırovçular” arasında gərginlik artır.

Rus saytlarının yazdığına görə, nominal olaraq, “kadırovçular” guya döyüş tapşırıqlarını yerinə yetirirlər, amma əslində onlar arxada oturub və yerli sakinlərlə qarşıdurmalarda iştirak edərək əylənirlər.

Yenə də rus saytlarının yazdığına görə, belə hadisələrdən biri bir gün əvvəl Belqorodda baş verib.

Belə ki, səhər saat 5:00 radələrində yerli gecə klubunun yaxınlığında “kadırovçular”la ruslar arasında dava düşüb. Münaqişə iştirakçılarından biri hətta maşınına tərəf gedərək yerli sakinlərə tərəf avtomat da tuşlayıb.

SİA Dialoq.ua-ya istinadən xəbər verir ki, münaqişə şahidlərinin videosu ilə lentə alınıb.

Bölgənin başqa bir yerində, Ukrayna ilə sərhəddə yerləşən Valuykidə “kadırovçular” öz əyləncələrini lentə alaraq çəkilişlərlə rəqslər nümayiş etdiriblər.

İddialara görə, bu, yerli sakinlərin xoşuna gəlmir, lakin, bir daha rus saytlarının yazdığına görə, yerlilər bu cür güc və odlu silah nümayişinə heç nə edə bilmirlər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə