Roqozin vaqneritləri Malidəki “Basmaçi əsirliyindən” xilas etməyə çağırıb

Roqozin vaqneritləri Malidəki “Basmaçi əsirliyindən” xilas etməyə çağırıb

...Zaporojye vilayətindən olan senator Dmitri Roqozin “Vaqner” PMC-nin döyüşçülərini Malidəki Tuareq əsirliyindən azad etməyə çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə Telegram kanalında yazıb.

...Biz əlimizdən gələni etməliyik ki, canlı oğlanlarımızı bu basmaçıların arasından, əsirlikdən xilas edək. Dirilər vətənə qaytarılmalı, qəhrəman kimi qəbul edilməlidirlər.

Roqozin həmçinin vaqnerlilərin cəsədlərinin götürülməsini və şərəflə dəfn edilməsini də istəyib.

Xatırladaq ki, iyulun 28-nə keçən gecə, Malidəki “Vaqner” PMC-nin karvanının məhv edildiyi, xeyli sayda rus döyüşçüsünün əsir götürüldüyü məlum olub.

Vaqneritlər ərəb hərəkatının yaraqlıları tərəfindən pusquya salınıblar.

Daha sonra özəl hərbi şirkətin bir neçə əsgərinin əsir götürüldüyü barədə məlumat yayılıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə