Kursk vilayətində elektrik yarımstansiyaları vurulub...

Kursk vilayətində elektrik yarımstansiyaları vurulub...

...Ukrayna hərbçiləri Kursk vilayətində bir neçə elektrik yarımstansiyasına hücum ediblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Telegram-da yayıb.

Baş Qərargahın məlumatına görə, Kursk vilayətində hava hücumundan müdafiə sistemlərinin işləməsi və ən azı dörd elektrik yarımstansiyasının ərazilərində partlayışlar barədə məlumat var.

...Nəticədə, Kursk vilayətinin Ponyrovski, Kursk və Solntsevski rayonlarında elektrik enerjisinin verilişində fasilələr qeydə alınıb.

Əməliyyatı Ukrayna Təhlükəsizlik Xidmətinin “A” Xüsusi Əməliyyat Mərkəzinin əsgərləri Müdafiə Qüvvələrinin digər hissələri ilə birgə həyata keçirib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı vurğulayıb ki, Ukraynaya qarşı müharibəni davam etdirən Rusiya Federasiyasının sənayesi qanuni hədəfdir.

Eyni zamanda, vurulan yarımstansiyalar işğalçıların silah və hərbi texnikanın daşındığı dəmir yolunun fəaliyyətini təmin edir.

...Düşmənin hərbi-iqtisadi potensialını sarsıtmaq üçün tədbirlər işğalçılar Ukrayna xalqına qarşı silahlı təcavüzü dayandırana qədər davam edəcək.

...Ukrayna tərəfinin bəyanatıdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə