Rusiya Qərbin nüvə texnologiyasında geridə qaldığını deyir

Rusiya Qərbin nüvə texnologiyasında geridə qaldığını deyir

...Qərb dövlətləri nüvə texnologiyaları sahəsində öz mövqelərini və səriştələrini itirdiklərini rəqiblərlə siyasi mübarizə yolu ilə kompensasiya etməyə çalışırlar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin Nüvə Silahlarının Yayılmaması və Silahlara Nəzarət Departamentinin direktor müavini Mixail Kondratenkov bildirib.

Diplomat qeyd edib ki, nüvə energetikasının inkişafında mənfi tendensiyalar toplanır.

…Onlar Qərb ölkələrinin rəqiblərlə mübarizənin siyasi üsulları vasitəsilə nüvə texnologiyası sahəsində əvvəlki mövqe və səriştələrinin itirilməsini kompensasiya etmək cəhdləri ilə əlaqələndirilir.

Bunu deyən Kondratenkov, əlavə edib ki, Moskva dinc nüvə enerjisinin faydalarına çıxışı məhdudlaşdırmaq cəhdlərini qəbul etmir.

Xatırladaq ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Qərbin Kiyevin Zaporojye AES-ə endirdiyi zərbələrə əhəmiyyət verməməsini böyük səhv adlandırmışdı.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə