...Artıq bir sıra ölkələr Livandakı vətəndaşlarına ölkəni dərhal tərk etməyi, digərlərinə isə ora səyahət etməkdən çəkinməyi tövsiyə edib.
SİA-nın əldə etdiyi məlumata görə, xüsusilə belə çağırışlar Almaniya, İtaliya, Norveç və Bəhreyn tərəfindən edilib.
Bundan əlavə, bir sıra aviaşirkətlər Livana uçuşları dayandırır.
Ehtiyat tədbirləri İsraillə Livanın cənubunda fəaliyyət göstərən radikal islamçı “Hizbullah” qruplaşması arasında münaqişənin kəskinləşməsi ilə bağlıdır.
Qeyd edək ki, iyulun 27-də “Hizbullah” İsrailin nəzarətində olan Colan təpələrindəki Məcdəl Şəms qəsəbəsinə raket zərbələri endirib. Nəticədə əksəriyyəti uşaq olmaqla 12 nəfər həlak olub, 30-dan çox insan yaralanıb.
İsrail tərəfi bəyan edib ki, “Hizbullah” genişmiqyaslı müharibə də daxil olmaqla, nəticələrlə üzləşəcək.
Ötən gün, bazar ertəsi Almaniya Xarici İşlər Nazirliyi Livandakı Almaniya vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.
“Deutsche Welle”-nin məlumatına görə, Almaniya Xarici İşlər Nazirliyinin böhran siyahısına Almaniya vətəndaşlığı olan təxminən 1300 nəfər daxildir.
Almaniyanın Beyrutdakı səfirliyi onlara getmələri üçün yardım təklif edir.
İtaliya, Norveç və Bəhreyn nümayəndəlikləri də öz vətəndaşlarından Livanı tərk etmələrini istəyiblər.
ABŞ Dövlət Departamenti Livandakı amerikalılara Xarici İşlər Nazirliyindən birbaşa yeniliklər və xəbərdarlıqlar almaq üçün STEP proqramına yazılmağı və lazım gələrsə, ölkəni tərk etməyə hazır olmağı tövsiyə edib.
Hindistan həmçinin Livandakı vətəndaşlarını ayıq-sayıq olmağa və səfirliyin tövsiyələrinə əməl etməyə çağırıb.
Bir sıra aviaşirkətlər Livana uçuşları dayandırdıqlarını bildiriblər. Almaniyanın Lufthansa, İsveçrənin Swiss Airlines və Eurowings şirkətləri Beyruta uçuşları ən azı avqustun 6-dək təxirə salıb
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB