...Ukrayna komandanlığı yenilənmiş hava hücumundan müdafiə strukturunu təqdim etməlidir. Bundan əlavə tərəfdaşlar üçün yeni təchizat sorğuları da yaradılacaq.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RBC-Ukrayna prezident Vladimir Zelenskinin axşam müraciətinə istinadən xəbər yayıb.
Dövlət başçısı bildirib ki, hazırda Xarkov vilayətinin və ölkənin digər bölgələrinin Rusiya hücumlarından daha çox müdafiəyə malik olması üçün hava hücumundan müdafiə konfiqurasiyası üzərində iş aparılır.
...Bu günkü iclasda iştirak edən Ali Baş Komandan Sirski və müvafiq komandirlər hava hücumundan müdafiə sistemlərimizin fəaliyyəti üçün yenilənmiş strukturu təqdim etməlidirlər.
Bunu deyən Zelenskinin sözlərinə görə, bu gün Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı Andrey Qnatovun hesabatı olub. O, ölkənin şərqinin müdafiəsi, Ukrayna əsgərlərinin hərəkətləri və döyüş imkanlarından danışıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB