ABŞ hakimiyyəti Ukraynaya 200 milyon və 1,5 milyard dollar dəyərində iki yeni hərbi yardım paketi elan edib.
İlk paketi bazar ertəsi Ağ Evin Milli Təhlükəsizlik Əlaqələri üzrə koordinatoru Con Kirbi açıqlayıb.
Paketə hava hücumundan müdafiə sistemləri, HIMARS sursatları, minaatan mərmiləri və tank əleyhinə Javelin raketləri daxildir.
Bütün bunlar prezidentin silahların azaldılması səlahiyyətləri çərçivəsində təmin edilir, bu isə o deməkdir ki, o, birbaşa Amerika ordusunun anbarlarından Ukraynaya göndəriləcək. İkinci, daha bahalı paketin ayrılması ABŞ Müdafiə Nazirliyi tərəfindən açıqlanıb.
SİA-nın əldə etdiyi məlumata görə, yardım silah istehsalçıları ilə uzunmüddətli müqavilələri nəzərdə tutan Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) vasitəsilə veriləcək.
Paketə hava hücumundan müdafiəni gücləndirmək üçün vasitələr, əvvəllər verilmiş texnikanın saxlanması üçün vasitələr, qısa və orta mənzilli hava hücumundan müdafiə vasitələri və onlar üçün raketlər, elektron döyüş vasitələri, HIMARS və NASAMS sistemləri üçün döyüş sursatları, yüksək dəqiqlikli aviasiya sursatları, artilleriya mərmiləri və minaatan daxildir.
Ümumilikdə, müharibə başlayandan bəri ABŞ Kiyevə 55 milyard dollardan çox hərbi yardım ayırıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB