...Ərdoğanın İsrailə qarşı təhdidlərindən sonra Türkiyədə hamı bundan sonra nə olacağını düşünür.
Türkiyə prezidenti bundan əvvəl də İsrailə qarşı bəyanatlar verib, lakin indiyədək ciddi elə bir şey olmayıb. Ona görə də Ankaranın münaqişəyə birbaşa müdaxilə edəcəyi və ya İsrail ərazisinə qoşun yeridəcəyi ehtimalı azdır.
Xüsusən də belə olacağı təqdirdə Türkiyənin ABŞ-la toqquşma riski istisna edilmir?
SİA-nın əldə etdiyi məlumata görə, bunu “Welt”-in müxbiri Marion Sendker yazır.
Müxbirə görə, hazırda bu, Türkiyədə böyük bir mövzudur. Bir çoxları hətta Ərdoğanın nə qədər ciddi olması ilə maraqlanır.
...Qeyd edilməlidir ki, Ərdoğan artıq İsrailə qarşı bundan əvvəl də danışıb, amma ondan sonra elə bir şey olmayıb. Hətta mayın əvvəlində İsraillə ticarətin tamamilə dayandırılacağını deyərkən də...Amma o, daha sonra bu barədə heç nə demədi, amma sənədlərdən bilirik ki, istər başqa ölkələr vasitəsilə, istərsə də birbaşa Türkiyədən İsrailə ticarət hələ də davam edir. Ola bilər, bəlkə də bir qədər azalıb, amma hələ də davam edir.
Deyim ki, bu da hazırda müzakirə olunan mövzulardan biridir - niyə tam dayandırılmayıb.
Bunları yazan Marion Sendker, Ərdoğanın Qarabağ və Liviya ilə bağlı dediklərinə də diqqət çəkir.
Və 2020-ci ildə Türkiyənin Qarabağ münaqişəsinə birbaşa müdaxilə etmədiyini etiraf edir.
...Ola bilsin ki, o dəstək verib, amma heç bir hərbi dəstək göndərmədiyi məlumdur.
...Bəs, Türkiyə Yaxın Şərq münaqişəsinə birbaşa müdaxilə etsə, nə olar?
Sualı “Welt”-in müxbiri verir və özü də cavablandırır.
Onun fikrincə, bu həm siyasi, həm də hərbi zəlzələ ola bilər. Çünki Türkiyə ordusu çox güclüdür. NATO-nun ikinci ən böyük ordusudur.
...İsrail də NATO-nun müttəfiqidir,.. NATO İsraili böyük ölçüdə dəstəkləyir.
Və belə görünür ki, əgər Türkiyə İsrailin işlərinə qarışsa, yəni ora qoşun göndərsə, təkcə İsraillə deyil, həm də ABŞ-la da münaqişəyə girəcək.
Bu isə Türkiyənin maraqlarına uyğun ola bilməz.
... “Welt” müxbirinin gəldiyi qənaətdir bu.
Əli Babayev
Əgər Türkiyə İsrailə qoşun göndərsə, təkcə İsraillə deyil, ABŞ-la da münaqişəyə girəcək...
“Türk ordusu çox güclüdür...”

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB