Naməlum şəxs uşaqlara bıçaqla hücum edib, 1 nəfər ölüb

Naməlum şəxs uşaqlara bıçaqla hücum edib, 1 nəfər ölüb

Böyük Britaniyanın Sautport şəhərində naməlum şəxs yerli sakinlərə, o cümlədən uşaqlara bıçaqla hücum edib. Bir nəfər ölüb, ən azı 8 nəfər xəsarət alaraq xəstəxanalara çatdırılıb. Hücum edən şəxs saxlanılıb.

SİA-nın əldə etdiyi məlumata görə, polis onun həbsi ilə bağlı xəbərləri təsdiqləyib.

Yerli nəşr-“Liverpool Echo” xəbər verir ki, adı açıqlanmayan şəxs küçədən uşaq idman klubuna daxil olaraq oradakı insanları, o cümlədən uşaqlara bıçaqla xəsarət yetirməyə başlayıb.

Təcili yardım xidməti daha əvvəl səkkiz nəfərin xəstəxanaya yerləşdirildiyini bildirmişdi, lakin “Liverpool Echo”-ya görə, bu say arta bilər.

Nəşr onu da iddia edir ki, yaralılardan biri uşaq xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Polis hücumçunun küçədə deyil, evdə saxlanıldığını təsdiqləyib. Britaniyanın "Metro" tabloidi aydınlaşdırır ki, bu, uşaqlar üçün yoqa və rəqs dərsləri keçirən klub olub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə