Rusiyalı əcnəbilər üçün hərbi xidmət müddəti artırılacaq...

Rusiyalı əcnəbilər üçün hərbi xidmət müddəti artırılacaq...

...Dövlət Duması Rusiya vətəndaşlığını almış əcnəbilərin hərbi xidmət müddətinin iki ilədək artırılması imkanlarına baxacaq. Onların hərbi xidmətə çağırış yaşının artırılması da təklif olunur.

SİA xəbər verir ki, bu barədə parlamentin aşağı palatasının teleqram kanalında məlumat verilib.

Müvafiq dəyişikliklərə yaz sessiyası başa çatanadək, yəni avqustun 5-dək baxılması planlaşdırılır.

Məlumata görə, Dövlət Dumasının sədri Vyaçeslav Volodin də miqrantların hərbi qeydiyyata alınması ilə bağlı təşəbbüsün hazırlanmasını təklif edib.

Güman edilir ki, Rusiya vətəndaşlığına qəbul üçün şərt Rusiya vətəndaşı kimi pasportun alınması ilə eyni vaxtda baş verəcək hərbi xidmətdə qeydiyyat ola bilər.

Qeyd edək ki, Volodin Dövlət Dumasının sədr müavini İrina Yarovaya, Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolova, “Vahid Rusiya” fraksiyasının rəhbərinin birinci müavini Dmitri Vyatkinə və İnformasiya siyasəti, informasiya texnologiyaları və kommunikasiyalar komitəsinin sədri Aleksandr Xinşteynə düzəlişlərin hazırlanmasını tapşırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə