Əgər bu Avropadırsa, mən belə bir Avropaya getmək istəmirəm...

Əgər bu Avropadırsa, mən belə bir Avropaya getmək istəmirəm...

...Dünya ictimaiyyətini hədsiz dərəcədə qəzəbləndirən Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasimi hətta Avropa İttifaqına daxil olmağa çalışan Moldovada da narazılığın artmasına səbəb olub.

Respublikanın həm siyasi müxalifəti, həm də xalq buna qarşı çıxıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə EADaily məlumat yayıb.

Olimpiadanın açılışına ölkənin bir sıra tanınmış və nüfuzlu siyasətçiləri reaksiya verib. Liberal Demokrat Partiyasının lideri, Moldovanın keçmiş baş naziri Vlad Filat bildirib ki, bütün tolerantlığına baxmayaraq, o, bir xristian olaraq buna dözməyə hazır deyil.

...Əgər bu Avropadırsa, mən belə bir Avropaya getmək istəmirəm, - deyə siyasətçi etiraf edib.

Respublikanın keçmiş təhsil naziri Korneliu Popoviç mərasimi tarixin ən pis mərasimlərindən biri, həmçinin xristian kimliyinin biabırçılığı və iyrənc parodiyası adlandırıb. Popoviçin fikrincə, “bayram” sırf təbliğat və ideoloji xarakter daşıyırdı.

Məşhur moldovalı karikaturaçı Aleksandr Dimitrov daha sərt çıxış edərək, Moldovanı “Avropanın tənəzzülünün” şahidi olduğuna inanırıb

...Mənim məzlum, kasıb, geridə qalmış patriarxal Moldovam kilsələri və monastırları ilə sizin mavi çılpaq “Dionys” və erotik qıvrımlarda qıvrılan saqqallı “qadın”dan yaxşıdır.

Dimitrov bildirib bunu.

Maraqlıdır ki, ölkənin eks-prezidenti İqor Dodon kənarda dayanmayıb, o, Olimpiya Oyunlarının təşkilatçılarına normal insanların Avropanın nə qədər deqradasiyaya uğradığını aydın şəkildə görməyə imkan verdiyinə görə istehza ilə “təşəkkür” edib. Keçmiş lider avropalıları azğınlar və xristian əleyhdarı adlandıraraq, xristian dəyərlərinə və ənənəvi ailəyə daha yaxın olduğunu əlavə edib.

Yeri gəlmişkən, baş verən çılğınlıqdan utanmayanlardan biri də açılışda iştirak edən və baş verənləri alqışlayan Moldova prezidenti Maia Sandu idi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə