ABŞ prezidenti Cozef Bayden ABŞ prezidentlərinin toxunulmazlıqlarına məhdudiyyətlər qoymağa çağıracaq.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “RBC-Ukrayna” “Politico”ya istinadən yazıb.
Bayden ABŞ prezidentlərinin federal təqiblərdən immunitetə malik olmadığını aydınlaşdırmaq üçün konstitusiyaya düzəliş etmək niyyətindədir.
Bu, Ali Məhkəmənin Donald Trampın işi üzrə iyulun 1-də verdiyi qərara cavabdır.
...İşlərin hazırkı vəziyyəti anormaldır və ictimaiyyətin məhkəmə qərarlarına, o cümlədən şəxsi azadlıqlara toxunan qərarlarına inamı sarsıdır. Biz uçurumun astanasındayıq.
Qeyd edək ki, bunu Bayden Ağ Ev sözçüsü tərəfindən təqdim edilən çıxarışlara əsasən bazar ertəsi səhər dərc olunan məqaləsində yazıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB