Sərnişin təyyarəsi "bioloji təhlükə" səbəbindən eniş edib

Sərnişin təyyarəsi "bioloji təhlükə" səbəbindən eniş edib

Amerikanın ''United Airlines'' aviadaşıyıcısına məxsus sərnişin təyyarəsi "bioloji təhlükə" səbəbindən paytaxt Vaşinqtondakı Dallas hava limanına eniş edib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, ''New York Post''un məlumatına görə, Hyuston Corc Buş qitələrarası hava limanından Bostona uçan UA2477 nömrəli Boeing 737-800 tipli sərnişin təyyarəsindəki bir çox sərnişinin xəstələnməsi və qusmağa başlamasından sonra “bioloji təhlükə” olduğu müəyyən edilib.

Təyyarə Vaşinqtondakı Dallas hava limanına təhlükəsiz şəkildə eniş edib.

Təyyarənin göyərtəsində olan 155 sərnişin və ekipaj üzvlərinin vəziyyətinin yaxşı olduğu və tibbi müdaxiləyə ehtiyac duyulmadığı ifadə edilib.

''United Airlines'' aviaşirkəti təyyarənin Dallas hava limanında təmizlənəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə