Şimali Koreyada daşqın fəlakəti

Şimali Koreyada daşqın fəlakəti

Şimali Koreyada leysan yağışlardan sonra meydana gələn seldə qapalı qalan 5 min adam ordunun helikopter dəstəyi ilə həyata keçirdiyi əməliyyatla xilas edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Şimali Koreya ölkənin Çin sərhədinə yaxın hissələrinə təsir edən leysan yağışları nəticəsində təslim olub. Şimali Koreya mətbuatında yer alan xəbərlərə görə, başda Sinuiju şəhəri və Phyonqan əyalətinin Uiju rayonu olmaqla, bir çox bölgədə iyulun 27-dən rekord miqdarda yağan yağışlar nəticəsində Amnok çayının suyunun səviyyəsi təhlükə həddini keçib. Daşqınlar səbəbindən 5 min insan yaşadıqları ərazilərdə qapalı qaldığı halda, Şimali Koreya ordusunun helikopter dəstəyi ilə həyata keçirdiyi xilasetmə əməliyyatına ölkə lideri Kim Çen In şəxsən rəhbərlik edib.

Xilasetmə əməliyyatından sonra Hərbi Hava Qüvvələrinin şəxsi heyətini uğurlarına görə təbrik edən Kim helikopterlərin yarım gündən bir qədər çox müddətdə sel zonalarından bu qədər çox insanı xilas etməsini "inanılmaz" adlandırıb. Sinuiju şəhəri və Uiju bölgəsindəki daşqınların çox ciddi zərər verdiyini bildirən Kim insanların həyatını və əmlak təhlükəsizliyini qorumaq üçün prioritet olduğunu bildirib. Dövlət orqanlarının qida, dərman və gündəlik ehtiyaclar da daxil olmaqla, təbii fəlakət qurbanlarına hər cür dəstəyi verməli olduğunu vurğulayan Kim mümkün yeni fəlakətlərin qarşısını almaq üçün sürətli addımlar atmağı əmr edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə