Fransanın 6 şəhərində bir çox telefon xəttini hədəf alan hücumlar həyata keçirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Fransa mətbuatında yer alan xəbərlərə görə, Herault, Bouches-du-Rhone, Oise, Meuse, Drome və Aude şəhərlərindəki bir çox telefon operatorunun telekommunikasiya xətlərini hədəf alan hücumlar həyata keçirilib.
Gecədə SFR, Bouygues və Free şəbəkələri eyni vaxtda edilən hücumlardan təsirlənib.
Polis mənbələrindən alınan məlumata görə, şəbəkələrə təsir edən bu vəziyyət fiber optik kabellərin kəsilməsi nəticəsində baş verib.
Le Parisien-ə verdiyi açıqlamada Free şəbəkə rəsmiləri "çox operatorlu şəbəkə insidentinin baş verdiyini" və "bəzi xidmətlərin dayandırıla biləcəyini" təsdiqləsələr də, problemin səbəbi barədə məlumat verməyiblər.
Digər tərəfdən, Beynəlxalq Olimpiya Komitəsinin (IOC) gündəlik mətbuat konfransında Fransa rəsmisi Etyen Thobois dəmiryollarına qarşı "təxribat"dan sonra qatarların bu səhər yenidən fəaliyyətə başladığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB