Filippini vuran "Butchoy" qasırğası və "Karina" qasırğası nəticəsində ölənlərin sayının 36-ya yüksəldiyi açıqlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, keçən həftə Filippini təsirləndirən "Butchoy" tropik qasırğası və "Karina" qasırğası nəticəsində 6 nəfər yaralanıb. İtkin düşən 3 nəfərin axtarışları davam edir.
Keçən həftə Filippini ard-arda vuran qasırğa təsirini itirdikdən sonra fəlakətin balansı aydınlaşmağa başlayıb. Filippin Milli Fəlakət Riskinin Azaldılması və İdarə Edilməsi Şurası (NDRRMC) tərəfindən edilən açıqlamada Tropik Butchoy və Karina qasırğasının səbəb olduğu daşqın və torpaq sürüşmələrində həyatını itirənlərin sayının ən az 36-ya yüksəldiyi bildirilib. Təbii fəlakət nəticəsində 6 nəfərin xəsarət aldığı, itkin düşən 3 nəfərin axtarışlarının davam etdirildiyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB