Mixail Saakaşvili tərəfdarlarına çağırış edib...

Mixail Saakaşvili tərəfdarlarına çağırış edib...

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili tərəfdarlarını payızda keçiriləcək parlament seçkilərindən sonra küçə etirazlarına hazırlaşmağa çağırıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

...Biz inqilaba hazırlaşmırıq. Biz hamımız seçkiyə getməyə hazırlaşmalıyıq, seçkiləri müşahidə etməliyik, səslər uğrunda mübarizə aparmalıyıq. Və onlar saxta nəticələr elan etdikdən sonra - hamımız birlikdə hazırlamalıyıq ki, yüz minlərlə insan günlərlə, həftələrlə, aylarla küçələrdə dinc dayansın, ta ki, biz onları gürcü xalqının seçimini qəbul etməyə məcbur edənə qədər.

Qeyd edək ki, iyulun 26-da Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, oktyabrın 26-na təyin edilmiş parlament seçkilərinin sülh və müharibə arasında seçim olacağını deyib.

O, həmçinin vurğulayıb ki, Qərbin Gürcüstanı tənqid etməsinin əsl səbəbi bu ölkənin Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən imtina etməsidir.

Bundan əvvəl Gürcüstan parlamentinin müxalif deputatları xarici agentlər haqqında qanuna qarşı ölkənin Konstitusiya Məhkəməsində iddia qaldırıblar. Onların fikrincə, qanun Gürcüstanın Avropa İttifaqı və NATO-ya daxil olması üçün bütün tədbirlərin görülməsinin vacibliyini qeyd edən Konstitusiyaya ziddir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə