Fransanın altı bölgəsində fiber optik şəbəkələr "sabotaj edilib" və bu, ölkənin bəzi yerlərində telefon xətlərinin kəsilməsinə səbəb olub. SİA xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb. Bu, Parisdə Olimpiya Oyunlarının açılış mərasimi günü yüksək sürətli qatar şəbəkəsini iflic etmək üçün ölkənin dəmir yollarının kütləvi hücuma məruz qalmasından bir neçə gün sonra baş verib. Bir sıra təxribatlar təxminən 800 min sərnişinə təsir edib.
Nəşrin məlumatına görə, ötən gecə fasilələr mobil rabitədən çox stasionar telefon xətlərinə təsir edib. Parisə ziyan dəymədiyi dəqiqləşdirilir. Bir neçə mənbənin məlumatına görə, bir neçə ərazidə SFR və Bouygues telefon operatorlarının qurğuları zədələnib. Qeyd olunur ki, Herault, Bouches-du-Rhône, Oise, Meuse, Drome və Aude departamentlərindəki elektrik şkaflarında telefon kabelləri kəsilib.
Bir gün əvvəl SNCF dəmir yolu şirkəti "təxribatdan zərər çəkmiş bütün yüksəksürətli xətlərdə təmir işlərinin tam başa çatdığını" elan etdi. Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Gerald Darmanin hadisəni terror hücumu kimi təsnif etməkdən imtina edərək, bunu “təxribat” hesab etdiyini vurğulayıb. "Gözlənilməz nümayəndə heyəti" təxribata görə məsuliyyəti öz üzərinə götürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB