Koreyalar arasında müharibə 4 trilyon dollara başa gələcək

Koreyalar arasında müharibə 4 trilyon dollara başa gələcək

Cənubi Koreya ilə KXDR arasında tammiqyaslı münaqişə milyonlarla insanın ölümünə səbəb olacaq və hərbi əməliyyatların ilk ilində qlobal iqtisadiyyata 4 trilyon dollara başa gələcək. Bloomberg hesab edir ki, bu, qlobal ÜDM-in 3,9%-ni təşkil edir və Rusiya ilə Ukrayna arasında münaqişənin qlobal iqtisadiyyata vurduğu zərərdən iki dəfə çoxdur.

Qeyd olunduğu kimi, 1950-ci ildə Koreya yarımadasında müharibə başlayanda münaqişədə olan hər iki tərəfin iqtisadiyyatı qlobal ÜDM-in 0,4%-dən çoxunu təşkil etmirdi. Bu gün Cənubi Koreya yüksək texnologiyalı məhsulların əsas təchizatçılarından biridir. Təkcə Samsung dünya üzrə DRAM çiplərinin 41%-ni və NAND yaddaş çiplərinin 33%-ni istehsal edir. Ümumilikdə Cənubi Koreya dünya üzrə fabriklərdə istifadə olunan elektron komponentlərin dünya istehsalının 4%-ni və bütün yaddaş çiplərinin təxminən 40%-ni istehsal edir. Şimali Koreya isə Cənubi Koreyanın istehsal gücünün yarısını və demək olar ki, bütün mikroçip istehsalını məhv edə bilən raketlərə malikdir. Bundan əlavə, yarımada ətrafındakı sular vasitəsilə Çin, Yaponiya və Rusiyaya dəniz daşımaları qeyri-mümkün olacaq. Və münaqişədə iştirak edən əsas tərəflər ABŞ və Çin olacaq.

Bütün bu amilləri nəzərə alsaq, müharibə Cənubi Koreyanın ÜDM-nin 37,5%, Çinin ÜDM-nin 5% azalmasına, ABŞ-ın ÜDM-in 2,3%-ni itirməsinə səbəb olacaq.

Eyni zamanda, agentlik qeyd edir ki, Koreyalar arasında tammiqyaslı müharibə ehtimalı azdır, Şimali Koreya tərəfinin nüvə silahından istifadə etməsi də.

SƏBİNƏ

Bütün xəbərlər Facebook səhifəmizdə