Əkiz bacıları qonşuları döyüb

Əkiz bacıları qonşuları döyüb

Evlərində pişiyi bəsləyib sahiblənən iki bacı qonşularının hücumuna məruz qalıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, təpik və yumruqlarla döyülən iki bacıdan biri görmə qabiliyyətini itirib. Polis tərəfindən saxlanılan şübhəli ata və oğlu prokurorluğun göstərişi ilə sərbəst buraxılıb.

İstanbulun Kiçikçəkməcə şəhərində yaşayan Nilgün və Nilüfer Tanca bacıları yaralı pişikləri müalicə edərək onları sahibləniblər. Ötən çərşənbə günü saat 13:00 radələrində binada pişiklərin yemlənməsindən narahat olan Tanca bacıları ilə qonşuları arasında mübahisə düşüb. Tanca bacıların qonşuları Yavuz H. və oğlu Berkay H. pişiklərin yemlənməsini istəmədiklərini və binada qoxuya səbəb olduğunu deyərək hadisəyə müdaxilə ediblər. Mübahisə böyüyərkən Yavuz H. və oğlu Berkay H. Tanca bacılarına hücum edib. Gözlərindən və bədənlərinin müxtəlif yerlərindən xəsarət alan iki bacı huşunu itirib. Xəbər verildikdən sonra ünvana polis və sağlamlıq qrupları sövq edilib. Hadisə yerinə gələn polis qrupları ata və oğlunu saxlayaraq polis bölməsinə aparıblar. Yaralı bacılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Müdaxilədən sonra Nilgün Tancanın sol almacıq sümüyündə sınıq olduğu və gözündə görmə itkisi olduğu müəyyən edilib. Müalicəsi davam edən qadın qonşularını şikayət edib.

Nilüfer Tanca hələ də onlara benzin tökmək, yandırmaq, öldürmək təhdidləri aldığını bildirib: “Bu adamlar hələ də bizi ölümlə hədələyir. Üstümüzə benzin töküb yandıracaqları ilə hədələyirlər. Xahiş edirəm ədalət istəyirik. Bizim yeganə günahımız heyvanları sevməkdir, başqa heç nə etmirik. Biz heç kəsi narahat etmədən bağımızın küncündə bu məsum həyatlara baxırıq".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə