Ukraynanın Rusiya ilə müharibədə öz məqsədlərinə çatmaq gücü var - Zelenski
Ukraynanın Rusiya ilə müharibədə öz məqsədlərinə çatmaq gücü var. SİA Ukrayna Prezident Ofisinin saytına istinadla xəbər verir ki, bu sözləri Prezident Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Oleksandr Sırski ilə söhbətindən sonra deyib.
Zelenski müraciətində bildirib ki, Sırski ilə mövcud və yaxın gələcəkdəki fəaliyyət barədə danışıb. Prezidentin sözlərinə görə, Ukraynanın öz məqsədlərinə çatmaq üçün gücü var. Yekun olaraq, Zelenski bu qüvvənin təmin edilməsində əməyi olan hər kəsə təşəkkür edib.
“Bunu öz gücü ilə təmin edən hər kəsə minnətdaram”, - deyə Prezident bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB