Sankt-Peterburqda üç bacı qəribə şəraitdə dünyasını dəyişib...

Sankt-Peterburqda üç bacı qəribə şəraitdə dünyasını dəyişib...

Sankt-Peterburqda üç bacı qəribə şəraitdə ölüblər və cəsədləri iki həftə mənzildə “yatıb” qalıb.

SİA xəbər verir ki, bu barədə “Fontanka” nəşri öz Telegram kanalında məlumat yayıb.

Qeyd olunur ki, 19, 29 və 35 yaşlı qadınlar 24 yaşlı qardaşı ilə Komendantski prospektindəki mənzildə yaşayırmış.

Onlar heç bir qohumla ünsiyyət qurmurmuşlar.

...Nəşrin öyrəndiyinə görə, iki ay əvvəl onlar yeməkdən tamamilə imtina ediblər. Ehtimal olunur ki, qadınlar sekta üzvləri olub. İyulun 28-də qadınların böyük qardaşı onları qızının ad gününə dəvət etmək üçün mənzilə gəlib.

O, yaxınlarının meyitlərini taparaq hüquq-mühafizə orqanlarına müraciət edib.

Həkimlər mənzil sakinlərinin təxminən iki həftə əvvəl dünyasını dəyişdiyini müəyyən ediblər.

Qətl versiyası təsdiqlənməyib.

Bundan əvvəl Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun Sosial-İqtisadi İnkişaf İnstitutları Mərkəzinin aparıcı elmi işçisi Valentina Bondarenko Yeni Moskvada mənzilin pəncərəsindən yıxılıb.

Qeyd olunur ki, Voskresenskoye qəsəbəsindəki mənzilin pəncərələrinin altında həyat əlaməti olmayan 82 yaşlı qadın tapılıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə