...Rusiya Silahlı Qüvvələrinin komandanlığı öz əsgərlərini yemək və su ilə zəif təmin edir.
FPV pilotsuz uçan aparatlarının cəbhə xətti boyunca aktiv işləməsi səbəbindən oradakı qoşunların təchizatı çox mürəkkəbdir.
Belə ki, rus əsgərləri kütləvi şəkildə aclığa məhkum olduqlarından şikayətlənirlər.
SİA-nın əldə etdiyi məlumata görə, “Dialoq.UA” xəbər verir ki, bu videolardan biri bu yaxınlarda Rusiya kanallarında görünüb.
Videonun iyulun 22-də Donbasın Staromayorskoye kəndində dağılmış tövlədə çəkildiyi iddia edilir.
...394-cü motoatıcı alayının (Rusiya Federasiyası, Primorsk diyarı, 25573 saylı hərbi hissə) bir qrup əsgəri bir aydır ki, yeməksiz qalmağa məcbur olmasından şikayətlənir.
Onlar özlərini aclıqdan xilas etmək üçün taxıl yemini oğurlayıb, ondan sıyıq və çörək bişirirlər.
...Ətçəkən tapdıq, taxıl üyüdürük, unu samandan ayırırıq, sıyıq hazırlayırıq, ondan da xörək “bişiririk”. Əvvəllər vəd kimi verilən, gündə üç dəfə yeməyimiz yoxdur. Biz ukraynalıların bizə qoyub getdikləri “mülkilər”də “əyləşirik”, amma əslində biz acından ölməmək üçün toyuq yemi oğurlayırıq.
...Rusiyalı əsgər bunu pərdə arxasında bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB