Niyə heç bir "dost ölkə" Moskvaya dəstək nümayiş etdirmədi..?

Rusiya hakimiyyəti Paris Olimpiadası ilə nəyi ört-basdır etməyə çalışır..?
Niyə heç bir "dost ölkə" Moskvaya dəstək nümayiş etdirmədi..?

Bəzi iddialara görə, hazırda Rusiya hakimiyyəti Paris Olimpiadası ilə bağlı bir mühüm halı ört-basdır etməyə çalışır.

Təbii ki, Rusiyanın olimpiadaya buraxılmaması ölkə rəhbərliyinin günahı kimi dəyərləndirilsə də, amma maraqlıdır ki, heç kim Moskvaya dəstək nümayiş etdirmədi.

Yəni Rusiya ilə həmrəylik əlaməti olaraq öz komandasını Parisə göndərməkdən imtina edən elə bir “dost” ölkə yoxdur. Ən təəccüblü fakt odur ki, olimpiadada hətta Şimali Koreya komandası da təmsil olunur.

Və yenə də təbii ki, Çin və Hindistan da Parisə nəhəng komandalar göndəriblər.

...Putinin bu yaxınlarda ziyarət etdiyi guya “müttəfiq” və “dost” Vyetnamın idmançıları da indi Parisdə çıxış edirlər. Eynilə Kuba idmançıları kimi.

Məsələnin gülməli tərəfi odur ki, Parisdə hətta “Rusiyapərəst” hesab olunan CAR və Mali kimi Afrika ölkələrindən olan komandalar da var.

…Orada ancaq Rusiya millisi yoxdur. BOK bayrağı altında yarışan yalnız Rusiya pasportlu 15 idmançı Parisə gəlib. Ümumilikdə, Olimpiadada Rusiyada doğulmuş və ya əvvəllər idman vətəndaşlığına malik onlarla (müxtəlif hesablamalara görə, 60-dan 77-yə qədər) idmançı çıxış edəcək.

Onların üçdə biri (26 nəfər) 24 fevral 2022-ci ildən sonra idman vətəndaşlığını dəyişənlərdir.

Hətta dünyadan qovulmuş Kim və öz komandasını Fransaya göndərən iranlı ayətullahların belə Rusiyadan yan keçməsi üçün nə qədər yol getməli idi?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə