Senanın çirklənməsi səbəbindən triatlonçuların məşqləri ləğv edilib...

Senanın çirklənməsi səbəbindən triatlonçuların məşqləri ləğv edilib...

...Olimpiya Oyunlarının təşkilatçıları iyulun 28-də səhər saatlarında Parisdə Sena çayında keçirilməli olan triatlon üzrə ilk məşqini suyun çirklənməsi səbəbindən ləğv ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Bloomberg xəbər verir.

...Maraqlıdır ki, Sena çayında suyun keyfiyyətsiz olması səbəbindən üzmək belə qadağan edilib.

Qeyd edilməlidir ki, təşkilatçılar çayı oyunlara hazırlamaq üçün 1,5 milyard dollar sərmayə qoyublar və yerli hakimiyyət orqanları suyun triatlon və marafon üzgüçülük yarışlarından biri də daxil olmaqla, tədbirlər keçirmək üçün kifayət qədər təmiz olacağına söz veriblər.

İyunun əvvəlində gündəlik suyun keyfiyyəti testləri E. coli-nin yüksək səviyyədə olduğunu göstərirdi.

Lakin sonra vəziyyət yaxşılaşdı və Oyunların başlamasına iki həftə qalmış Parisin meri Ann Hidalqo çayın yarışı keçirmək üçün uyğunluğunu təsdiqləmək üçün Sena çayında üzdü də...

Lakin açılış mərasimi zamanı yağan güclü yağış çayın suyunun vəziyyəti ilə bağlı narahatlıqları artırıb.

Belə ki, suyun keyfiyyətini yoxladıqdan sonra Olimpiya Təşkilat Komitəsi, Beynəlxalq Triatlon Federasiyası və yerli hakimiyyət orqanları məşqin keçirilməməsinə qərar veriblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə