Zelenski Trampı Ukraynaya dəvət edib

Zelenski Trampı Ukraynaya dəvət edib

Ukrayna prezidenti Vladimir Zelenski iyulun 20-də telefon danışığı zamanı ABŞ prezidentliyinə namizəd Donald Trampı Ukraynaya səfərə dəvət etdiyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Zelenski Yaponiyanın NHK telekanalına müsahibəsində deyib ki, amerikalı siyasətçi Ukrayna haqqında nəsə bilmək istəyirsə, gəlib “öz gözləri ilə görə” və ya dövlət başçısından soruşa bilər.

Zelenski Ukraynanın Amerika prezidentliyinə namizədin komandasına mesajlar ötürdüyünü də bildirib.

Tramp Zelenskiyə deyib ki, o, istənilən suala hazırdır və Ukrayna prezidenti onunla əlaqə saxlaya bilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə