Çelyabinskin Korkino şəhərində fövqəladə vəziyyət elan edilib

Çelyabinskin Korkino şəhərində fövqəladə vəziyyət elan edilib

...Çelyabinsk vilayətinin Korkino şəhərində güclü yağış fonunda suyun səviyyəsinin qalxması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib və sakinlər təxliyə edilir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə bazar günü vilayət qubernatorunun mətbuat xidməti bildirib.

Yerli hakimiyyət orqanları qeyd edirlər ki, Çumlyak çayında suyun səviyyəsinin qalxması səbəbindən gecə saatlarında vəziyyət daha da mürəkkəbləşib.

Onlarla insan müvəqqəti məskunlaşma mərkəzlərinə göndərilib.

Korkinoda indi A-310 federal magistralının ərazisində başqa bir çayın, Kamenkanın yatağının daş torpaqla doldurulmasına çalışırlar ki, su Çumlyaka axmasın. Bununla bağlı da işlər aparılır.

Bölgənin Satka rayonunda gecə saatlarında 50 evi su basdığı ​​bildirilir - zirzəmilər və birinci mərtəbələr su altında qalıb. Sakinlərin təxliyəsi olmayıb. Yemanjelinskə müvəqqəti yaşayış mərkəzlərinə 25-i uşaq olmaqla 140-dan çox insan təxliyə edilib. Orada su artıq çəkilir, bəziləri evlərinə qayıtmağa başlayıb.

İyulun 26-da güclü yağıntı səbəbindən Çelyabinsk vilayətində Kialimskoye su anbarında suyun səviyyəsi artıb. Nəticədə bənd qismən yuyulub. Kiolim kəndi sel zonasına düşüb. Sakinlər oradan və ətraf yaşayış məntəqələrindən təxliyə edilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə